Lənkəranda minifutbol turniri keçiriləcək

19.06.2025

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

AFFA və Azərbaycan Əlillər Futbolu Federasiyasının birgə təşkilatçılığı, Sahə Futbol Federasiyasının və Azərbaycan Deflimpiya Komitəsinin dəstəyi ilə iyunun 20-24-də eşitmə məhdudiyyətlilər arasında minifutbol üzrə Respublika turniri keçiriləcək.

İdman.biz xəbər verir ki, Lənkəranda yerləşən “Raypo” İdman-Sağlamlıq Mərkəzində təşkil ediləcək yarışda 9 komanda iki qrupda mübarizə aparacaq.

Bir qrupda 5, digərində isə 4 komanda çıxış edəcək. Qruplarda ilk iki yeri tutacaq kollektivlər yarımfinala vəsiqə qazanacaqlar. Son gündə mükafatlandırma mərasimi olacaq.

Respublika turnirinin təqvimi:
20 iyun
14:00. Açılış mərasimi
15:00. Lənkəran - Xaçmaz
16:00. Bakı - Gəncə
17:00. Bərdə - Mingəçevir
18:00. Sumqayıt - Şirvan
19:00. Şəki - Lənkəran
21 iyun
10:00. Mingəçevir - Xaçmaz
11:00. Bərdə - Şəki
12:00. Şirvan - Bakı
17:00. Gəncə - Sumqayıt
18:00. Lənkəran – Mingəçevir
19:00. Xaçmaz – Şəki
22 iyun
15:00. Bərdə - Lənkəran
16:00. Şəki – Mingəçevir
17:00. Bakı - Sumqayıt
18:00. Gəncə - Şirvan
19:00. Xaçmaz - Bərdə
23 iyun
Yarımfinal

17:00. A1 - B2
18:00. B1 - A2
24 iyun
11:00. 3-cü yer uğrunda
12:00. Final
13:30. Mükafatlandırma mərasimi

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью