Lənkəranda minik maşını 18 yaşlı qızı vurdu

30.11.2024

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Lənkəranda baş verən qəzada piyada xəsarət alıb.

Lent.az-ın verdiyi xəbərə görə Lənkəranda nəqliyyat vasitəsi piyada, Lənkəran rayonunun Osaküçə kənd sakini 2006-cı il təvəllüdlü Ləman Emin qızı Niftullayevanı vurub.

L.Niftullayeva Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Ona ilkin tibbi yardım göstərilib və ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью