News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Lənkəran şəhərində yerləşən “Kaspi” təhsil şirkətində müəllimənin məktəbəqədər hazırlıqda azyaşlı şagirdə qarşı şiddət göstərib.
News24.az Cenublu.az-a istinadən xəbər verir ki, yayılan videogörüntüdə müəllimənin kursda bir uşağa fiziki zorakılıq göstərdiyi açıq şəkildə görünür.
O, əvvəlcə uşağı qəfil yerindən dartır, ardından su qabı ilə başına zərbə endirir.
Məlumata görə, hadisə nəticəsində uşaq baş nahiyəsindən xəsarət alıb.