Lənkəranda partlayış olan marketin sahibi Bakıya gətirildi

28.05.2025

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bu gün səhər saatlarında Lənkəran rayonunda marketdə baş verən partlayış nəticəsində xəsarət alan şəxsin vəziyyətini açıqlayıb.
TƏBİB-dən Demokrat.az-a verilən məlumatda bildirilir ki, 28.05.2025-ci il tarixində saat 08:20-də Lənkəran rayonunda baş vermiş partlayış nəticəsində başın, kürəyin, yuxarı ətrafın, hər iki əlin 1-ci və 2-ci dərəcəli termiki yanığı, yanıq şoku diaqnozu ilə bir nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib, vəziyyətinə uyğun olaraq Reanimasiya şöbəsinə yerləşdirilib.
Daha ixtisaslı tibbi xidmət üçün o, Nərimanov Tibb Mərkəzinin tərkibində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью