Lənkəranda “Peşə sərgisi”

04.05.2025

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Lənkəranda cənub bölgəsi rayonlarının təhsil müəssisələrinin peşə təmayüllü təhsil alan şagirdlərin əl işlərindən ibarət “Peşə sərgisi” keçirilib.

Sərgi Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi, Lənkəran-Astara Regional Təhsil və Mədəniyyət idarələrinin təşkilatçılığı ilə ərsəyə gəlib.

Sərgidə dülgərlik, dərzilik, mebel ustası, aşpaz, kompüter operatoru, qənnadçı və digər peşələr üzrə şagirdlərin əl işlərini nümayiş etdirilib.

Sonda peşə təmayüllü siniflərin təşkilində və sərgidə fərqlənən qrup rəhbərləri, müəllim və şagirdlər təşəkkürnamələrlə təltif olunublar.

Leyla HADİ,
tələbə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью