Lənkəranda qadın dəm qazından boğularaq ölüb

27.12.2024

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Lənkəranda qadın dəm qazından boğularaq ölüb.

“Report”un Cənub bürosunun məlumatına görə, hadisə rayonunun Səpnəkəran kəndində baş verib.

Belə ki, kənd sakini, 1983-cü il təvəllüdlü Xanım Səfər qızı Səfərova hamam otağını qızdırmaq üçün kömürdən istifadə edib. Nəticədə dəm qazından boğulub.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью