Lənkəranda qadın ərini ikinci dəfə bıçaqladı: Körpə uşağına görə

14.10.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Lənkəranda 1992-ci il təvəllüdlü qadın ərini bıçaqlayıb.

Xitab24.az-ın əldə etdiyi məlumata görə, qadının ərini bıçaqlamasına səbəb kişinin onun yeni doğulan körpəsinin ünvanına təhqiramiz ifadələr işlətməsi səbəb olub.

Ərinin sağ ayağına bir bıçaq zərbəsi endirən qadın barəsində Cinayət Məcəlləsinin 128-ci maddəai ilə cinayət işi açılıb.

Hadisədən sonra Aytən adlı qadın evdən gedib, əri Şadil isə polisə məlumat verib.

Məhkəmədə keçirilən prosesdə zərərçəkən ər arvadından şikayətçi olmayıb. Lənkəran Şəhər Məhkəməsi bu cinayət əməlinə görə qadının azadlığını 6 ay müddətinə məhdudlaşdırıb.

Qeyd edək ki, bu, Aytənin Şadili ikinci dəfə bıçaqlamasıdır.

Bundan öncəki hadisədə də ər arvadından şikayətçi olmadığı üçün həmin işin icraatına xitam verilib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью