Lənkəranda qadını vurub öldürən sürücü saxlanıldı

27.06.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Lənkəran rayonunda qadını vurub öldürən "Mercedes-Benz" markalı avtomobilin sürücüsü saxlanılıb.

Oxu.Az-ın məlumatına görə, Lənkəran rayonu Girdəni kəndi ərazisində avtobusdan düşərək yolu piyada keçmək istəyən kənd sakini, 1968-ci il təvəllüdlü Ruhəngiz Ağahəsən qızı Babayevanı vuran sürücü Samit Hüseynov məsuliyyətə cəlb edilib.

12:34

Lənkəran rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Girdəni kəndi ərazisində qeydə alınıb.

"Mercedes-Benz" markalı avtomobil idarəetməni itirərək sərnişin avtobusundan düşüb yolu piyada keçmək istəyən rayon sakini, 1968-ci il təvəllüdlü Ruhəngiz Ağahəsən qızı Babayevanı vurub.

R.Babayeva xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Samir Əli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью