Lənkəranda qardaş qardaşı bıçaqladı

08.10.2025

Icma.az, News24 saytına istinadən bildirir.

Lənkəranda bıçaqlanma hadisəsi qeydə alınıb.

News24.az xəbər verir ki, Lənkəran rayonunun Liman şəhər sakini, 2003-cü il təvəllüdlü Camal Fərhad oğlu Abdullayev bıçaqlanma nəticəsində ağır xəsarət alıb.

O, sol döş qəfəsinin və qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb və dərhal əməliyyata alınıb.

İlkin məlumata görə, Camal Abdullayevə xəsarəti onun qardaşı yetirib.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır, faktla bağlı müvafiq orqanlar tərəfindən istintaq aparılır. (Teleqraf.com)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью