Lənkəranda “Qazel” 42 yaşlı qadını vurub

30.11.2024

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Lənkəranda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə axşam saatlarında Lənkəran şəhərinin Zərifə Əliyeva küçəsində qeydə alınıb.

Hərəkətdə olan “Qazel” markalı nəqliyyat vasitəsi, yolu əks istiqamətə keçmək istəyən Lənkəran şəhər sakini 1982-ci il təvəllüdlü Gülnarə Sucəddin qızı Əliyevanı vurub. Hadisəni törədən sürücü xəsarət alan qadını öz maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan G.Əliyeva reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью