Lənkəranda QƏZA Yaşayış məntəqələri qazsız qaldı KONKRET

06.06.2026

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün saat 10:00 radələrində Lənkəran rayonunun Liman şəhəri, M. İbayev küçəsində aparılan qazıntı işləri zamanı diametri 225 millimetr olan orta təzyiqli yeraltı qaz kəməri zədələnib.

KONKRET.az xəbər verir ki,  bu barədə  Lənkəran Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, zədələnmə nəticəsində qaz sızması baş verib. Qəzanın aradan qaldırılması və təhlükəsizlik tədbirlərinin təmin olunması məqsədilə Liman şəhəri, Nərimanabad qəsəbəsi, Balıqçılar və Üzümçülük yaşayış məntəqələrinin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Məlumata görə, qəza-bərpa işləri başa çatdıqdan sonra abonentlərin qaz təchizatı mərhələli şəkildə bərpa olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью