Lənkəranda rekord nəticə

26.08.2026

Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Lənkəran şəhər 9 nömrəli tam orta məktəbinin builki məzunları yüksək nəticə ilə diqqət çəkiblər.

Azpost.info “Bizim Lənkəran” sosial səhifəsinə istinadən bildirir ki, məktəbin 124 məzununun hamısı Azərbaycanın müxtəlif ali təhsil müəssisələrinə qəbul olunaraq tələbə adını qazanıb. Bu nəticə məktəbin müəllim və şagird kollektivinin uğuru kimi qiymətləndirilir.

Məzunlar arasında yüksək bal toplayanlar da var. Belə ki, məktəbin iki məzunu qəbul imtahanında 650-dən yüksək nəticə göstərərək Azərbaycanın nüfuzlu universitetlərinin hüquq fakültələrinə qəbul olunub.

Həsənova Firuzə Vüqar qızı 663 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə qəbul olub.

Ağazadə Leyla Zaur qızı isə 656 bal toplayaraq ADA Universitetinin Hüquqşünaslıq fakültəsində təhsil almaq hüququ qazanıb.

Məktəbin 124 məzununun hər birinin ali məktəbə qəbul olması Lənkəranın təhsil sahəsində diqqətçəkən göstəricilərindən biridir.

AzPost.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью