Lənkəranda “Şahin” hərbi idman oyununun zona birinciliyi təşkil edilib

03.05.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Lənkəran, 3 may, İlkin Adıyev, AZƏRTAC

Lənkəran şəhərində “Şahin” hərbi-idman oyununun zona birinciliyi keçirilib. Yarışda bölgənin müxtəlif rayonlarını təmsil edən komandalar güclərini sınayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarış gərgin mübarizə şəraitində keçib. Bütün mərhələlər üzrə toplanan xallar əsasında Cəlilabad rayonunun komandası 213 xalla birinci yeri tutaraq final mərhələsində iştirak etməyə vəsiqə qazanıb. Lerik rayonunun komandası 199 xalla ikinci yerə, Lənkəran şəhərinin komandası isə 163 xalla üçüncü yerə layiq görülüb.

Qalib komandalar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.

Qeyd edək ki, “Şahin” hərbi-idman oyunu gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi, fiziki hazırlığın artırılması və hərbi biliklərin təkmilləşdirilməsi məqsədi daşıyır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью