Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Lənkəran rayonunda bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Şürük kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1960-cı il təvəllüdlü Elxan Kazımov boyunun ön və belin arxa səthində kəsilmiş-deşilmiş yaralar diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə gətirilib.
E.Kazımovun sözlərinə görə, qonşu onun evinə hücum çəkib və ona xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.