Lənkəranda Şəhidlər Abidə Kompleksi ziyarət olunub

27.09.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Lənkəran, 27 sentyabr, İlkin Adıyev, AZƏRTAC

Ölkəmizin bütün bölgələrində olduğu kimi, 27 Sentyabr – Anım Günü ilə əlaqədar Lənkəran rayonunda da silsilə tədbirlər keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, keçirilən anım mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Lənkərandan olan Milli qəhrəmanların abidəsi, daha sonra isə Şəhidlər Abidə Kompleksi ziyarət olunub. Abidələr önünə tər güllər düzülüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, Anım Günü münasibətilə Lənkəran rayonunun müxtəlif yerlərində də xatirə tədbirləri və görüşlər təşkil olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью