Lənkəranda sel suları çəltik sahələrini məhv edib

07.10.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Lənkəran rayonunda güclü yağışlardan sonra sel suları əkin sahələrinə ciddi ziyan vurub.

Oxu.Az xəbər verir ki, təxminən 60 hektar çəltik sahəsi selin təsirindən yararsız vəziyyətə düşüb.

Son günlər intensiv yağan yağışlar nəticəsində ayrı-ayrı fermerlərə məxsus sahələr sular altında qalıb. Fermerlərin sözlərinə görə, sel suları çəltiyin biçini dövründə sahələri basıb, bu da həm məhsulun yığılmasını ləngidib, həm də sahələrdə ciddi dağıntılara səbəb olub.

Mütəxəssislər bildirirlər ki, bu il bölgədə iki növ çəltik - "Belita" və "Malisa" növləri əkilib. Yığımın əvvəlində hektardan "Malisa" sortundan 4 ton, "Belita" sortundan isə 6-7 ton məhsul götürülürdü. Lakin son yağışlardan sonra vəziyyət kəskin şəkildə dəyişib.

Fermerlər ümid edirlər ki, sahələr sığortalandığı üçün sığorta şirkətləri onlara dəymiş zərərin ödənilməsində kömək göstərəcək. Əks halda, çəltiyin bazar qiymətinin artacağı ehtimal olunur.

Əli Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью