Lənkəranda şəlalədə faciə: Bir nəfər batıb

12.06.2026

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Lənkəranda bir nəfər şəlalədə çimərkən batıb.

Milli.Az apa-ya istinadən xəbər verir ki, Lənkəran rayonunun ucqar dağ kəndi olan Biləsərdə, Hirkan Milli Parkı ərazisində yerləşən Bum şəlaləsində bir nəfərin batdığı bildirilir.

Dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hazırda batan şəxsin sudan çıxarılması üçün tədbirlər görülür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью