Lənkəranda sərxoş qazilərin törətdiyi insidentdə iki nəfər xəsarət alıb

30.10.2025

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Lənkəran şəhəri ərazisində bir qrup şəxs sərxoş vəziyyətdə şəxsi zəmində xuliqanlıq hərəkətləri törədərək iki nəfəri döyüb.

Moderator.az xəbər verir ki, insident nəticəsində iki nəfər xəsarət alıb.

Oktyabrın 28-də gecə saatlarında Hirkan qəsəbə sakini, 1993-cü il təvəllüdlü Alim Şükürzadə Lənkəran şəhər sakini, 1996-cı il təvəllüdlü Cəbrayıl Şirməmmədovu zorla avtomobilə əyləşdirərək Sütəmurdov kəndinə aparıb.

Orada A.Şükürzadə dostları — 1989-cu il təvəllüdlü Elvin Quluzadə və 1990-cı il təvəllüdlü Elşad Məmmədovla birlikdə C.Şirməmmədovu döyərək ona xəsarət yetiriblər. Daha sonra həmin yerə gəlmiş C.Şirməmmədovun 1995-ci il təvəllüdlü dostu da A.Şükürzadə tərəfindən döyülüb.

Hadisə ilə əlaqədar Alim Şükürzadə, Elşad Məmmədov və Elvin Quluzadə polis tərəfindən saxlanılıb. Onların sərxoş vəziyyətdə olduqları müəyyən edilib.

Məlumata görə, saxlanılan şəxslər 2-ci Qarabağ müharibəsi iştirakçılarıdır.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью