Lənkəranda təcili yardım avtomobili qəzaya düşüb, yaralılar var

27.11.2024

Icma.az bildirir, Report.az saytına əsaslanaraq.

Astaradan Lənkərana xəstə gətirən təcili tibbi yardım avtomobili qəzaya düşüb.

“Report”un cənub bürosunun məlumatına görə, hadisə Lənkəran rayonunun Digah kəndi ərazisində baş verib.

Belə ki, təcili tibbi yardım avtomobili Lənkəran rayon, Şağlaküçə kənd sakini Şərifzadə Natiq Balakişi oğlunun idarə etdiyi avtomobillə toqquşub.

Nəticədə təcili yardımda olan xəstə Astara rayon sakini, 1956-cı il təvəllüdlü Ağabacı Əsəd qızı Əhmədova, xəstənin yaxınları 1977-ci il təvəllüdlü Elnarə Elsevər qızı Əhmədova və 1988-ci il təvəllüdlü Samir Rakif oğlu İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью