Icma.az, Konkret.az saytına istinadən bildirir.
Lənkəranda üç yaşlı uşaq binadan yıxılıb.
KONKRET.az-ın məlumatına görə, hadisə şəhərin Paşa Təhməzov küçəsi 6 ünvanında qeydə alınıb.
Belə ki, 2023-cü il təvəllüdlü A.Allahverdiyev ehtiyatsızlıqdan üçüncü mərtəbədən yıxılıb. Azyaşlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.