Lənkəranda uşaqlar üçün əyləncəli idman tədbiri təşkil olunub FOTO

17.09.2026

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lənkəran rayon Şağlaser kəndində uşaqlar arasında əyləncəli idman oyunları keçirilib.

İdman.Biz xəbər verir ki, tədbirdə uşaqlar müxtəlif əyləncəli idman oyunlarında iştirak edərək həm sağlam rəqabət aparıb, həm də maraqlı və yaddaqalan vaxt keçiriblər.

Tədbirin keçirilməsində məqsəd uşaqlarda idmana marağın erkən yaşlardan formalaşdırılması, sağlam həyat tərzinin təbliği, fiziki fəallığın artırılması, komanda ruhunun və əməkdaşlıq bacarıqlarının inkişaf etdirilməsi olub.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью