Lənkəranda vəkil qəzaya düşdü tanınmış müğənninin kürəkənidir

08.09.2025

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin "Kiçik Bazar" ərazisində, dəniz kənarında qeydə alınıb.

Lənkəran rayon sakini 1973-cü il təvəllüdlü Elçin Misir oğlu Ağayevin idarə etdiyi "Land Rover" markalı avtomobil "KİA" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində hər iki sürücü xəsarət alıb.

E.Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Qeyd edək ki, xəsarət alan Elçin Ağayev Lənkəranda tanınmış vəkildir, eləcə də məşhur müğənni Cavad Rəcəbovun yeznəsidir.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью