Lənkəranda xanım sürücü qəza törətdi: 6 maşına ziyan dəydi FOTO

15.11.2024

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Lənkəranda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. 
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə şəhərin "Böyük Bazar" adlanan ərazisində qeydə alınıb. 
 

Xanım sürücünün idarə etdiyi avtomobil ətrafdakı müxtəlif markalı avtomobillərə çırpılıb. Nəticədə 6 minik avtomobili zərər görüb. Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb.


Faktla bağlı araşdırma aparılır. 



Sabutay, Bizim.Media, Cənub bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью