Lənkəranda xanım sürücü zəncirvari qəza törətdi FOTO

15.11.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Lənkəranda zəncirvari yol-nəqliyyat hadisəsi olub.

Bakıvaxtı.az AzərTac-a istinadla xəbər verir ki, hadisə Lənkəran şəhərinin "Böyük bazar" ərazisində baş verib. Belə ki, xanım sürücünün idarə etdiyi nəqliyyat vasitəsi idarəetməni itirərək ətrafda olan müxtəlif markalı digər avtomobillərə çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, 6 minik avtomobilinə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью