Lənkəranda Xaqani məclisi

03.10.2026

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AMEA-nın Lənkəran Regional Elm Mərkəzində böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinə həsr edilmiş elmi seminar keçirilib.

Məclisdə “Azərbaycan ədəbiyyatında İntibah dövrünün təşəkkülü və formalaşmasının banisi” mövzusunda dəyirmi masa müzakirələri aparılıb. Çıxışlarda Xaqaninin həyat və yaradıcılığından geniş bəhs olunub, onun ədəbiyyatımızda özünəməxsus və mühüm mövqeyə malik olduğu bildirilib, yaradıcılığının ədəbi-bədii və fəlsəfi əhəmiyyəti diqqətə çatdırılıb. Şairin irsinin öyrənilməsi, qorunması və gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb.

Ə.DOSTƏLİ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью