Lənkəranda yanğın törədən şəxs məsuliyyətə cəlb edildi

01.09.2025

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Lənkəran rayonunun Haftoni qəsəbəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Unikal"a bildirilib ki, araşdırmalarla yanğının 1987-ci il təvəllüdlü Nazim Babayev tərəfindən törədildiyi məlum olub.

Hadisə nəticəsində 2 hektar ərazidə quru ot və kol-kos yanıb.

N.Babayev barəsində protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə göndərilib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью