Lənkəranda yanğın: Üç ailə evsiz qaldı

17.11.2026

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Lənkəran şəhərində yanğın baş verib.

"Yeni Sabah" xəbər verir ki, hadisə Mirzə Fətəli Axundov küçəsi, 36 ünvanında qeydə alınıb.

Belə ki, təxminən 150 kvadratmetr sahəsi olan fərdi yaşayış evində qəfil yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub. Online shopping Azərbaycan

Lakin alov qısa müddətdə evi bürüdüyündən sakinlər sənədlərini, geyimlərini və digər əşyalarını götürə bilməyiblər, bütün əşyaları yanıb. Nəticədə üç ailə evsiz qalıb.

İlkin ehtimala görə, yanğına elektrik naqillərində yaranan qısaqapanma səbəb olub.

Faktla bağlı araşdırma aparılır./Oxu.az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью