Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 9 sentyabr, AZƏRTAC
Lənkəran rayonunda bu ilin sonunadək yeni turizm obyektlərinin istifadəyə verilməsi gözlənilir.
Bu barədə AZƏRTAC-a Lənkəran Regional Turizm İdarəsinin rəisi İlqar Əzimov məlumat verib.
O bildirib ki, yeni obyektlərin fəaliyyətə başlaması rayonda daha çox turistin yerləşdirilməsinə və onlara göstərilən xidmətlərin çeşidinin genişləndirilməsinə imkan yaradacaq.
Müxbir - Fidan Əlizadə