Lənkəranda yeniyetmə dəm qazından zəhərləndi

03.01.2025

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Lənkəranda 19 yaşlı yeniyetmə dəm qazından zəhərlənib.

Bakupost.az xəbər verir ki, hadisə rayonun Kərgəlan kəndində baş verib. 2005-ci il təvəllüdlü Onur Zaur oğlu Rzayev yaşadığı evdə huşsuz vəziyyətdə tapılıb. Dərhal təcili tibbi yardım briqadası çağrılıb və O.Rzayev Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Həkimlərin səyi nəticəsində onu həyata qaytarmaq mümkün olub.

Faktla bağlı araşdırma aparılır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью