Lənkəranda yol nəqliyyat hadisəsi nəticəsində velosipedçi ölüb

25.09.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Lənkəran, 25 sentyabr, İlkin Adıyev, AZƏRTAC

Lənkəranda marşrut avtobusunun vurduğu velosipedçi xəstəxanada ölüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə saat səhər saatlarında Lənkəran şəhəri ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtobus velosipedçi - Lənkəran rayonunun Şilim kənd sakini, 1969-cu il təvəllüdlü İsa Umud oğlu Babayevi vurub. Velosipedçi ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Həkimlər ona dəqiqləşdirilməmiş koma və kəllədaxili travma diaqnozu qoyublar. Yaralı vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən bütün zəruri tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью