Lənkəranda yol PROBLEMİ: Piyadalar üçün təhlükəli vəziyyət yaranıb VİDEO

16.11.2025

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Lənkəran rayonunun mərkəzi hissəsində məktəb yolunun üzərində olan bir neçə piyada keçidi sözün əsl mənasında təhlükə mənbəyinə çevrilib.
Bizim.Media xəbər verir ki, keçidlərdən istifadə edənlərin ani diqqətsizliyi onların həyatı bahasına başa gələ bilər. Ən yaxşı halda isə xəsarət ala bilərlər.
Sakinlər deyirlər ki, burada olan üç piyada keçidindən biri ümumiyyətlə lazımsızdır.
Həmçinin qeyd edirlər ki, yararsız hala düşən keçid azyaşlılar üçün çətinlik yaratmaqla yanaşı, yağışlı günlərdə də böyük problemə çevrilir.
 

Məsələ ilə bağlı Lənkəran Rayon İcra Hakimiyyətindən bildirilib ki, əraziyə baxış keçirilib və piyada keçidinin həmin təhlükəli hissəsinə dəmir lövhələr qoyulub.


Daha ətraflı Azad Azərbaycan Televiziyasının (ATV) videomaterialında:

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью