Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralında Lənkəran rayonunun Qurumba kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Qaz-31" "Mercedes" markalı maşınla toqquşub.
Hadisə nəticəsində "Mercedes"də olan 1972-ci il təvəllüdlü Elnarə Ağamehdi qızı Həsənova xəsarət alıb.
Ona əraziyə cəlb olunan təcili tibbi yardım briqadası tərəfindən ilkin tibbi xidmət göstərilib.
Faktla bağlı araşdırma aparılır.