Lənkəranda yol qəzasında 3 nəfər xəsarət aldı KONKRET

29.03.2025

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb.

KONKRET.az xəbər verir ki, hadisə Lənkəran rayonunun Xanbulan kəndi ərazisində baş verib. Hərəkətdə olan “VAZ-21011” markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı çuxura düşüb.

Qəza nəticəsində avtomobildə olan sərnişinlər Astara rayon sakinləri – 2005-ci il təvəllüdlü Zamiq Rəhmətzadə, 2001-ci il təvəllüdlü Ramiq Həsənzadə və Lənkəran rayon Göyşaban kənd sakini 2006-cı il təvəllüdlü Məriyyəm Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью