Lənkəranda yük maşını qəzaya düşdü, kəndlər işıqsız qaldı

06.10.2026

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Lənkəranda avtomobil kanala aşıb.

Modern.az-ın xəbərinə görə, hadisə Cil kəndi ərazisində qeydə alınıb.

İdarəetmədən çıxan “Mercedes Atego” markalı yük avtomobili əvvəlcə elektrik dirəklərinə çırpılıb, daha sonra kanala aşıb.

Qəza nəticəsində Cil və Şağlaser kəndlərinin bir hissəsi işıqsız qalıb. Aidiyyəti qurumlar tərəfindən görülən tədbirlər nəticəsində bu problem aradan qaldırılıb.

Qəza zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью