Lənkəranda zəncirvari qəza Fotolar

16.05.2025

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Ötən axşam Lənkəran şəhərində yol qəzası baş verib.

“Qafqazinfoxəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, prospektdə “Vaz-21015” və “Mercedes” markalı avtomobillər toqquşub.

Qəzada yol kənarında dayanan daha iki avtomobilə də ciddi ziyan dəyib, həmçinin hasar dağılıb.

Hadisə nəticəsində 1991-ci il təvəllüdlü Əkbər Əlizadə və 1982-ci il təvəllüdlü Xəyalə Mustafayeva xəsarət alıb. Onlara rayon xəstəxanasında ilkin tibbi yardım göstərilib. Vəziyyətlərinə uyğun olaraq ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью