Lənkəranda zəncirvari qəzada 6 maşın əzilib FOTO

15.11.2024

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Lənkəranda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Lənkəran şəhərinin "Böyük bazar" adlanan ərazisində qeydə alınıb. Avtomobil idarəetmədən çıxaraq ətrafda olan digər maşınlara çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, 6 minik avtomobilinə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью