Lənkəranda zəncirvari qəzada altı maşın əzilib

15.11.2024

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Lənkəranda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın verdiyi xəbərə görə, hadisə Lənkəran şəhərinin "Böyük bazar" adlanan ərazisində qeydə alınıb. Avtomobil idarəetmədən çıxaraq ətrafda olan digər maşınlara çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, altı minik avtomobilinə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью