Lənkəranda zibilxanadan 2 meyit tapıldı

16.11.2025

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Lənkəranda 2 nəfərin cəsədi tapılıb.

“Qafqazinfo” xəbər verir ki, meyitlər Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən məişət tullantıları poliqonunda aşkar edilib.

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə cəlb olunub, meyitlərin kimliyi və hansı şəraitdə öldüyü araşdırılır.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью