Lənkərandakı Dairəvi qalanın bərpasına yaxın zamanda başlanılacaq FOTO

08.12.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Lənkəran, 8 dekabr, İlkin Adıyev, AZƏRTAC

Lənkəran şəhərində yerləşən Dairəvi qala (Zindan qalası) tarixi abidəsində yaxın zamanda bərpa işlərinə start veriləcək.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda qanunvericiliyə uyğun olaraq, satınalma prosedurları ilə bağlı tədbirlər davam etdirilir. Tarixi abidənin qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə görüləcək işlər plan üzrə həyata keçiriləcək.

Qeyd olunub ki, bir neçə il öncə qalanın dam örtüyünün çökməsi nəticəsində abidə qəzalı vəziyyətə düşüb. Qalanın bərpası ilə bağlı 2019-cu ildə ilkin layihə-smeta sənədləri hazırlanıb. Ötən dövrdə tarixi abidədə təbii təsirlərdən baş verən dəyişiklikləri nəzərə alaraq, 2024-cü ildə əlavə layihə-smeta sənədləri hazırlanıb və aidiyyəti üzrə ekspertizadan keçirilib. Yaxın zamanda qalanın bərpasına başlanılacaq.

Xatırladaq ki, Zindan qalası kimi tanınan Dairəvi qala XVIII əsrdə tikilmiş Lənkəran qalasının bir hissəsidir. Qalanın oxşarı olan ikinci tikili Lənkəran mayakıdır. Bu iki qala ümumi Lənkəran qala sisteminin iki tərəfdən dayaq məntəqəsi rolunu oynayıblar.

-1 / 8

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью