Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Lənkəranda fərdi evində yanğın baş verib.
Reyting.az-ın məlumatına görə, rayonun Aşağı Nüvədi kəndində fərdi yaşayış evində yanğın zamanı ev sahibi, 1981-ci il təvəllüdlü Rəfi Firdovsi oğlu Rəhimov yanaraq ölüb.
Hadisə yerinə FHN-nin texnikası və canlı qüvvəsi cəlb olunub, yanğın söndürülüb.
Araşdırma davam edir.