“Lənkəran”ın baş məşqçisi: “Bilmirəm, oyunçularıma nə deyim” | Icma.az
Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır. "Danışmaq çox çətindir.
Paltardəyişmə otağında basketbolçulara nə deyəcəyimi də bilmirəm".
Apasport.az xəbər verir ki, bu sözləri "Lənkəran"ın baş məşqçisi Georgi Kondruseviç deyib.
Belaruslu baş məşqçi Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində "Gəncə"yə məğlub olduqları oyunu dəyərləndirib: "Bilmirəm, oyunçularıma nə deyim.
Deyirlər ki, oyunun sonlarını məşqçilər uduzur, amma burda basketbolçuların top itkilərinin də rolu az olmadı. Danışmaq çox çətindir.
Paltardəyişmə otağında basketbolçulara nə deyəcəyimi də bilmirəm.
Öndə olduğun oyunlarda qələbənin son anda əldən getməsi oyunçuların psixoloji durumuna da çox pis təsir edir.
Digər tərəfdən, heyətdə 10 basketbolçu var. Onlardan 7 və ya 8-ni oyuna buraxa bilirəm. Belə olanda da nəticə qazanmaq çətin olur.
Tam oxu
Xəbəri oxu