“Lənkəran”ın baş məşqçisi: Bunların üzərində işləyirik və...

14.12.2024

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Rəqib çox güclü idi". Sport24.az xəbər verir ki, bunu "Lənkəran"ın baş məşqçisi Georgi Kondruseviç klubun mətbuat xidmətinə deyib.

Mütəxəssis "Gəncə"yə 66:94 hesabı ilə uduzduqları matçı şərh edib: "Çox çalışdıq, amma heyətdə olan itkilər matç boyu intensiv şəkildə mübarizə aparmağımıza imkan vermədi. Rəqibin böyük ehtiyat oyunçular skamyası var idi və tam heyətlə oynayırdılar. Təəssüf ki, bizdə bu hələ alınmır. Bir neçə mövqedə boşluqlarımız var. Bunların üzərində işləyirik və tezliklə heyətimizi gücləndirməyə çalışacağıq".

Qeyd edək ki, bu, mövsümdə "Lənkəran"ın ardıcıl 3-cü məğlubiyyəti olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью