Lənkəranın baş məşqçisi: Əgər bunu anlamasaq hər bir rəqibə qarşı oyunlarda problemlərimiz olacaq

08.12.2024

Apasport saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Basketbol Liqasının V turunda "Şəki" autsayder "Lənkəran"ı 89:64 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, B qrupunda baş tutan matçdan sonra "Lənkəran"ın baş məşqçisi Georgi Kondruseviç klubun mətbuat xidmətinə  açıqlama verib:

"Şəki"ni təbrik edirəm. Onlar bu gün daha çox komanda oyunu oynadılar. Ümid edirəm ki, növbəti tura qədər oyunumuzu dəyişdirmək üçün kifayət qədər gücümüz, vaxtımız və anlayışımız olacaq. Düşünürəm ki, birinci dövrənin nəticələrinə görə həm yaxşı, həm də pis oyunlar keçirdik. Hazırda bizdə olanla kifayətlənirik... Komandamızda kadr problemləri yaranandan sonra oyun keyfiyyətimiz xeyli düşdü. Bu, xüsusən son iki matçda  hiss olunur. Biz çox vaxt fərdi hərəkətlərə yönəlirik  və basketbolun komanda ilə  oynanan bir idman növü olduğunu unuduruq. Əgər bunu anlamasaq hər bir rəqibə qarşı oyunlarda problemlərimiz olacaq".

ABL: “Sumqayıt” “Gəncə”ni məğlub edib İsiah Pope: “Ciddi səhvlər matçın taleyini həll edir” Lebron Ceymsdən daha bir tarixi uğur ABL: “Sumqayıt” “Gəncə”ni qəbul edir ABL: “Sabah” liderliyini davam etdirir
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью