Lənkəranın baş planına 700 min manat xərclənəcək | Icma.az
Icma.az bildirir, Modern.az portalına istinadən. Lənkəran şəhərinin baş planı hazırlanacaq.
Modern.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Dövlət Şəhərsalma və Arxitertura Komitəsi bununla bağlı açıq tender keçirib.
Tenderin qalibi Dövlət Baş Layihə Institutu "Azərdövlətlayihə" seçilib.
Qeyd edək ki, Lənkəran şəhərinin baş planının hazırlanması ilə bağlı "Azərdövlətlayihə"yə 705 min 391 manat ödəniləcək.
Xatırladaq ki, indiyə qədər Azərbaycanın 54 şəhərinin baş planı hazırlanıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu