Lənkəranın baş planına 700 min manatdan çox vəsait xərclənəcək

12.12.2024

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Lənkəran şəhərinin baş planı hazırlanacaq.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, Azərbaycan Dövlət Şəhərsalma və Arxitertura Komitəsi bununla bağlı açıq tender keçirib. Tenderin qalibi Dövlət Baş Layihə Institutu "Azərdövlətlayihə" seçilib.

Qeyd edək ki, Lənkəran şəhərinin baş planının hazırlanması ilə bağlı "Azərdövlətlayihə"yə 705 min 391 manat ödəniləcək.

Xatırladaq ki, indiyə qədər Azərbaycanın 54 şəhərinin baş planı hazırlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью