Lənkəranın bəzi kəndlərində işıq olmayacaq Yeni Çağ Media

13.01.2025

Icma.az, Yenicag saytına istinadən bildirir.

Yanvarın 14-də Lənkəran Elektrik Şəbəkəsinə (EŞ) daxil olan bir sıra ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Bu barədə Yenicag.az-a “Azərenerji”dən bildirilib.

Qeyd edilən tarixdə 110/35/10 kV-luq yarımstansiyadan qidalanan 35 kV-luq Xanbulan hava xəttində təmir işləri aparılacaq. Bu səbəblə saat 10:00-dan, 13:00-dək Kərgəlan, Lüvəsər, Şağlaküçə, Xanbulan, Daştatük, Asfilalı, Bürcəli, Parakənd kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilişi təmin olunacaq.

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью