Lənkəranın bu kəndlərində işıq olmayacaq

25.11.2026

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Lənkəran rayonunun 7 kəndində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

"AzPolitika" xəbər verir ki, cari iş planına uyğun olaraq noyabrın 25-də saat 10:00-dan 12:00-dək "Hirkan" hava xəttində təmir işləri aparılacaq.

Bununla əlaqədar rayonun Hirkan, Mamusta, Siyavar, Vel, Parakənd, Xanbulan və Daşdalıqcar kəndləri üzrə ümumilikdə 6500 abonentin elektrik enerjisi ilə təchizatında fasilə yaranacaq.

Elektrik enerjisinin verilişi işlər yekunlaşdıqdan sonra bərpa olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью