Lənkəranın istedadlı gəncləri robot yarışlarında kubok qazanıblar komanda üzvləri ilə söhb…
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Lənkəran, 5 fevral, İsmayıl Cəfərli, AZƏRTAC “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə “VEX Robotics” yarışlarının “VEX IQ” kateqoriyası üzrə “JosephCUP 2025” adlı Respublika turniri keçirilib.
Tədbirdə Azərbaycanın 19 fərqli regionundan 50-dən çox komanda iştirak edib, ümumilikdə, 300-dən çox şagird mübarizə aparıb.
İştirak edən komandalar təhsil aldıqları məktəbləri təmsil edərək həm fərdi bacarıqlarını nümayiş etdirib, həm də komanda ruhunu ön plana çıxarıb.
Yarışda Lənkəran STEAM Mərkəzində hazırlaşan Lənkəran şəhər 6 nömrəli texniki-riyaziyyat təmayüllü liseyin şagirdlərindən ibarət URP komandası 2-ci yeri və “Excellence” kubokunu qazanıb.
AZƏRTAC xəbər verir ki, Lənkəran STEAM Mərkəzinin koordinatoru Maya Ağayevanın rəhbərliyi ilə URP komandası - Musa Camalov, Rəşid Ramazanzadə, Banu Camalova və Ülvi Əliyev əvvəlcədən hazırlanmış robotları ilə xüsusi tapşırıqları yerinə yetirərək həm texniki biliklərini, həm də strateji düşüncə qabiliyyətlərini nümayiş etdiriblər.
Müsabiqə zamanı iştirakçılar yarış meydanında tapşırıqları yerinə yetirib, robotun dizaynı, mühəndislik prosesləri və proqramlaşdırma bacarıqlarını münsiflər heyətinə təqdim ediblər.
Komandanın kapitanı Musa Camalov deyir ki, bu uğur onları yeni nailiyyətlərə həvəsləndirir: “Bundan əvvəl SAF24 Beynəlxalq yarışına qatılmışdıq.
Tam oxu
Xəbəri oxu