Lənkəranın kəndlərinin işıqları KƏSİLƏCƏK | Icma.az
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Modern.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35 kV-luq "Hirkan" hava xətdində iyulun 22-də təmir işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan 11:30-dək rayonun Gərmətük, Hirkan qəsəbələri, Bala Şürük, Daşdalıqjar, Kosalar, Mamusta, Siyavar, Vel kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu