Lənkəranın legioneri: Birlikdə oynadıqca komandamız daha güclü və yaxşı olur | Icma.az
Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq. “Lənkəran”nın basketbolçusu Emanuel Littlsın klubun mətbuat xidmətinə müsahibə verib.
Apasport.az müsahibəni təqdim edir: - Millinin oyunları ilə bağlı fasilə yarandı. Bu fasilədən necə istifadə etdiz?
- Fasilə çox yaxşı keçdi. Bədənimizi istirahət etdirməyə vaxtımız oldu.
Komandamız fasilə üçün Lənkəranda qaldı və təkmilləşdirməli olduğumuz şeylər üzərində çalışmaq üçün məşqlərə davam etdik.
Bu, bəzi uşaqların zədələrdən sağalmasına da kömək etdi. Komandamızın həm meydanda, həm də kənarda qarşılıqlı əlaqəsi yaxşılaşır.
Birlikdə məşq etməyi və vaxt-vaxt birlikdə yemək yeməyi çox sevirik.
- Lənkəranda və gəzdiyiniz digər şəhərlərimiz barədə fikirləriniz necədir? - Ətraf mühit çox gözəldir.
Lənkəranda çoxlu ətraf təsirlər olmadığı üçün, sadəcə basketbolla məşğul olmağa və diqqətimizi oyuna yönəltməyə imkanımız var.
Tam oxu
Xəbəri oxu